Günay İbrahimova Neftçala rayonu Xıllı qəsəbə 1 saylı orta məktəbin müəllimi
Düşmənin bağrına sipər çəkdiniz
Torpağın qoynuna mərdlik əkdiniz
Bir sevda uğruna qurban getdiniz
Vətəni özünə canan bilənlər
Can deyib uğrunda canı verənlər.
Heç nə düşünmədiz heç nə ummadız
Vətən torpağını əkdiz qoruduz
Qorqudun yurduna sahib çıxdınız
Başıma tac etdiyim bəylər ərənlər
Torpağı uğrunda şəhid düşənlər.
Koroğlu ruhuyla silahlandınız
Babəkin bəzzindən alov aldınız
Qaranlıq yolları işıqlandırdınız
Azadlıq carçısı siz ey xürrəmlər
Azadlıq uğrunda şəhid düşənlər.
Türkü kainata ata yapdınız
Atəşə tapdınız oda tapdınız
Tanrı dərgəhına siz ucaldınız
Allahın yolunu doğru bulanlar
Həqiqət uğrunda şəhid olanlar.
Millətə bu canı qurban dediniz
Varı, yoxu, canı qurban dediniz
Yox qurban demədiz, qurban verdiniz
Yaşamaq haqqını qurban verənlər
Sevdası uğrunda candan keçənlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR