Xalq artisti müayinə üçün Türkiyəyə gedəcək
Azərbaycanın xalq artisti Rafiq Hüseynov müayinə üçün növbəti dəfə Türkiyəyə gedəcək.
Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, həkimlər ona vaxtaşırı müayinədən keçməyi məsləhət biliblər:
"Bu
xəstəlik daim nəzarət və müalicə tələb edir, ona görə ehtiyatlı olmaq
lazımdır. Müayinələrdən vaxtı-vaxtında keçmək lazımdır ki, qəfil
problemlər yaranmasın. Hazırda səhhətimlə bağlı ciddi problemim yoxdur,
yəni babatam deyə bilərəm”.
Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, ötən il dekabrın 10-da Türkiyədə əməliyyat olunub.