Azərbaycan Xəzər dənizinin statusu haqqında məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır. Trend xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzər dənizinin hüquqi statusunun təyin edilməsi haqqında ekspertlər qrupunun 39-cu iclasında deyib. Onun sözlərinə görə, 2010-cu ildə dövlət başçılarının Bakı sammiti əsas məsələlərə, xüsusilә su sәthinin bölünmәsi vә bioloji resursların qorunması ilә bağlı mәsәlәlәrə yeni impuls verdi.
XİN müavini deyib ki, Həştərxan sammiti isə Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində üzv ölkələrin mövqeyinə yeni təkan verdi və bir sıra siyasi sənədlər qəbul edildi: "Ümid edirəm ki, prezidentlərin Həştərxan sammitində razılaşdırdıqları bəyanatların prinsipləri Konvensiyanın razılaşdırılması zamanı nəzərə alınacaq. Mәn tәrәflәr arasında regional sabitlik, tәhlükәsizlik vә Xәzәrdә iqtisadi fәaliyyәtlә əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd etmәk istәrdim. Xəzər dənizi nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qarsdəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk istәyirәm. Bu layihələr ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək”.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?