Yapon sərhədçiləri Çin gəmisinə XƏBƏRDARLIQ ETDİ
Çin gəmisi yenidən mübahisəli Senkaku adasına yaxınlaşıb
Çinə məxsus üç patrul gəmisi Şərqi-Çin dənizindəki mübahisəli Senkaku (Çinlilər Dyaoyudao adlandırırlar) adaları akvatoriyasına daxil olub. Miq.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı sahil mühafizəsinə əsaslanaraq xəbər verib.
Yapon sərhədçiləri Yapon ərazi sularına yaxınlaşmamaq üçün Çin gəmilərinə xəbərdarlıq ediblər.
Tokionun nəzarətindəki Senkaku adası Çinlə mübahisəli ərazi predmetinə çevrilib.
Tokio-Çin arasındakı fikir ayrılığı 2012-ci ilin sentyabrında özəl yapon sahibkarın Senkaku adasını alandan sonra kəskinləşib.
Müntəzəm olaraq Çin sahil mühafizə gəmiləri mübahisəli ada rayonunda patrul xidməti həyata keçirir. Öz növbəsində Yaponiya da vaxtaşırı Pekinin ünvanına mübahisəli adaya Çin gəmilərinin yaxınlaşmasıyla bağlı etirazla çıxış edir.
Musa Muradlı
Miq.az