Yaponiyanın cənubunda yerləşən Taneqaşima kosmodromundan “Hayabusa 2” (“Şahin 2”) kosmik zondu kosmosa buraxılıb.
Vətəninfo.az AzərTac-a istinadən xəbər verir ki, 1999 JU3 asteroidinə xüsusi missiya ilə göndərilən zond suyun, eyni zamanda, üzvi maddələrin olduğu güman edilən həmin kosmik obyektdən Yerə torpaq nümunəsi gətirəcək. Aparatın kosmik obyektə 2018-ci ildə çatacağı gözlənilir. Asteroidə 100 metr yaxınlaşacaq “Hayabusa 2” xüsusi topdan ona atəş açacaq. Zondun məhz mərminin qaldıracağı tozdan nümunələr götürəcəyi planlaşdırılır.
Alimlərin qənaətinə görə, həmin nümunələrdə üzvi maddələr və su ola bilər. Bu eksperiment kainatda həyatın yaranması ilə bağlı müəyyən biliklərin əldə edilməsində və mütəxəssislərə müvafiq kosmik obyektlərin yaranması tarixinin tədqiqində kömək edəcək. Zondun 2020-ci ildə götürülmüş nümunələrlə birlikdə Yerə qayıdacağı planlaşdırılır.
“Hayabusa-2”nin kosmosa çıxarılması yapon ictimaiyyətində əsl ajiotaja səbəb olub. Raketin startını izləmək üçün Kyuşu adasının cənub hissəsində yerləşən Taneqaşima kosmodromunun yaxınlığına 4 mindən artıq insan toplaşıb. On minlərlə tamaşaçı isə Yaponiyanın müxtəlif yerlərində quraşdırılmış 90 nəhəng monitorda raketin startının birbaşa translyasiyasını izləyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR