Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu Avropada konsert turuna hazırlaşır.
Vətəninfo.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə müğənni qeyd edib ki, konsertin Avropanın ən böyük şəhərlərində - Düsseldorf, Hamburq, London, Kopenhagen, Stokholm, Sürix və başqa şəhərlərində keçirilməsi planlaşdırılır. Silsilə konsertlərin təşkilati işləri ilə Y.Zurufçunun Avropadakı meneceri və orada böyük konsertlərin təşkilatçısı olan şirkət məşğuldur. Bu kimi konsertlər ənənə halını aldığı üçün Y.Zurufçu konsertlərin uğurla keçəcəyinə böyük ümid bəsləyir.
Müğənninin bu konsertlərində onu Azərbaycanın qadınlardan ibarət ansamblı müşayiət edəcək. Əməkdar artist deyib: "Biz Avropa tamaşaçısına Azərbaycan qadınının musiqidəki məharətini də nümayiş etdirmək istəyirik. Ansamblın rəhbəri xalq artisti Ramiz Quliyev olacaq. Birinci konsertimiz 2016-cı il aprelin 23-də Almaniyanın ən gözəl şəhərlərindən olan Düsseldorfda üç min nəfərlik "Tonhalle” konsert zalında keçiriləcək. Avropada yaşayan bütün həmvətənlərimizi, musiqisevərləri konsertlərə dəvət edirik”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL