Vətəninfo.az xəbər verir ki, Rejissor Nail Naiboğlu müğənnilərin ürəyincə olacaq prodüser mərkəzini təsis edib. Məlumata görə, rəhbəri N.Naiboğlunun özü və prodüseri Pərviz Oqtayoğlu olan prodakşın “Bu saat” adlanır. Rejissor bildirib ki, fəaliyyət başlayan prodakşın müğənnilərin düzgün və keyfiyyətli reklam piarı ilə məşğul olacaq.
“Artıq prodakşının siması da məlumdur. O, Azərbaycanın əməkdar artisti Manana Caparidzedir”, - rejissor deyib. Rejissor onu da qeyd edib ki, prodakşının ilk üzvü müğənni Mədət İsgəndərovdur. Artıq onunla iş fəaliyyətinə başlanılıb.
Müğənni Mədət İsgəndərov “Zirvədəkilər” layihəsinin Qran-Pri mükafatçısı seçilib. O, layihənin Qran-Pri mükafatçısı kimi yeni klipini də təqdim edib. Belə ki, sözləri və musiqisi müğənninin özünə aid olan “Şa la la” mahnısına çəkilən klipin rejissoru N.Naiboğludur.
“Üç günə çəkilən klipdə Mədət uğur gətirən mələk obrazını canlandırıb. Klipdə Mədətdən başqa, gənc aktyorlar da rol alıblar. Çəkilislər Bakının müxtəlif məkanlarında, habelə pavilyonda aparılıb. Klipin operatoru Emin Hüseynov, prodüser Pərviz Oqtayoğlu və montaj Elnar Həşimovdur”, - N.Naiboğlu bildirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR