Müharibə və vətəndaş qarşıdurması ucbatından ölkələrini məcburi tərk etmiş bəzi qaçqınlar Avropada mühacir statusu almaq naminə hətta dinlərini belə dəyişdirmək məcburiyyətində qalır.
Vətəninfo.az-ın məlumatına görə, AZƏRTAC "Spiegel-online” saytına istinadla xəbər verir ki, xristian dininə mənsub missionerlər Almaniyaya köç etmiş minlərlə köçkünün geri qaytarılmaq qorxusundan istifadə etməyə başlayıb. Miqrantlar arasında belə bir təbliğat aparılır ki, xristianlığı qəbul etməklə sığınacaq almaq şansı arta bilər.
Saytın məlumatına görə, müsəlman ölkələrindən köç etmiş insanlara üç aylıq dini kurslar keçilir və sonradan bu şəxslər paytaxt Berlinın yevangelik kilsəsində xristianlığa qəbul edilirlər.
Məlum olub ki, əsasən İran və Əfqanistandan olan miqrantlar arasında dinindən dönmək halları çoxluq təşkil edir. Bir qisim mühacir etiqadından döndükdə vətənlərində qohumlarının təzyiqlə qarşılaşmaması üçün adlarını belə gizlətməli olur. Belə addim atmış mühacirlər ümid edirlər ki, bu, onların qaçqın statusu almasını asanlaşdıra bilər.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL