Fəlsəfi duyumlu, həyat eşqi ilə çağlayan özbək yazıçısı Ruşana İ. Yorulmadan öz üzərində çalışır. “Hisslərin dadı” adlı kitabı ilə oxucuların görüşünə gələcək gözəl xanım, dəyərli yazar şərəflə odlar yurdu Azərbaycanda Özbəkistanı, Özbəkistanda isə Azərbaycanı təbliğ edir.
Azərbaycan mədəniyyətini, incəsənətini, müğamlarımızı, mədəni irsimizi, mətbəximizi özbək bacı və qardaşlarımıza aşılayır. Eyni zamanda Azərbaycanda Özbəkistan mədəniyyətini, mətbəxini, poeziyasını, folklorunu təbliğ edir. Yaxın günlərdə Ruşana xanımın bu xidmətləri “Mətbuat” firması tərəfindən dəyərləndirilərək özbək yazıçısı “Xeyirxahlıq carçısı” fəxri diplomu ilə təltif edilib.
Ruşana İ. həmçinin istər Türkiyədə, istər Azərbaycanda, istərsə də diğər xarici dövlətlərdə fotosessiyalar edib. Yaxın vaxtlarda oxucularımız elə Vətəninfo.az saytında həmin fotosessiyanı izləyə biləcəklər. Onu da qeyd edək ki, yazıçı milli ordumuzun əsgərləri ilə də görüşmək arzusundadır. Ruşana xanıma uğurlar arzulayırıq. İnanırıq ki, “Hisslərin dadı” çox kitabları arxada qoyacaq. Çünki özbək yazıçısı olduqca iddialı bir xanımdı.
Araz Hacıyev
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR