“Eurovision 2015” təmsilçimiz Elnur Hüseynov ötən gün Vyanada yarışma ilə bağlı keçirilən mətbuat konfransına qatılıb.
Vətəninfo.az Axşam.az-a istinadən xəbər verir ki, ifaçı yarışma, “O səs Türkiyə” ilə bağlı sualları cavablandırıb:
“Özümü ulduz hesab etmirəm. Dostlarımdan, insanlardan fərqlənmirəm. İnsanlar eyni səviyyədədir. Mən sadə insanam. Hazırda səhnə performansım üzərində çalışıram. Hər çıxışımda mahnını əhvalıma uyğun oxuyuram. Amma çalışacam yarıfinalda orijinal versiyasını təqdim edim. Hazırda çalışdığım heyət çox peşəkardır. “O səs Türkiyə”yə gedəndə inanmırdım ki, qalib olacam. Addım-addım irəlilədim. Hər verilişdə tamaşaçının marağının artdığını gördüm. Sevindim ki, müəllimim Ebru Gündəşin ümidlərini doğrultdum. Bizdə hər şey gözəl alındı”.
Tədbir zamanı E.Hüseynov Azərbaycan mahnısı oxuyub. Onun bu addımı alqışlarla qarşılanıb.
Qeyd edək ki, “Eurovision-2015” yubiley müsabiqəsi mayın 19-dan 23-dək keçiriləcək. Təmsilçimiz “Hour of the Wolf” mahnısını oxuyacaq.
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?