Ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri azərbaycanlı Dilqəm Əsgərov ailəsinə məktub göndərib.
Vətəninfo.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə girovun qardaşı Sahib Musayev məlumat verib. Bildirib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə göndərilən məktubda D. Əsgərov Şuşa şəhərində olduğunu qeyd edib:
“Hər kəsə salam deyin. Vəziyyətim yaxşıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndəsi Tomas mənə gəlib baş çəkdi. Həftədə bir dəfə hamam olur. Gündə bir saat gəzinti olur. Köhnə tanışlarıma salam deyin. Hazırda Şuşadayam. Kamerada yanımda su kranı var. “Məhkəmə”lərim tamamlanıb. Yuxumda meşəçi Əlləddini görmüşəm. Vəziyyəti necədir ? ”
Xatırladaq ki, ötən ilin iyulunda Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov ömürlük həbs, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL