1 milyard insan su altında qala bilər -Qorxunc proqnoz

1 milyard insan su altında qala bilər -Qorxunc proqnoz
Qorxunc proqnoz: 1 milyarddan çox insanın yaşadığı ərazilər su altında qalacaq

2060-cı ildə bir milyarddan çox insanın yaşadığı ərazi su altında qalacaq.

"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda Britaniyadakı "Xristianın yardımı" Humanitar Təşkilatının yeni hesabatında bildirilib.

Hesabata əsasən, təbii fəlakət daha çox ABŞ, Çin və Hisndistan ərazilərini əhatə edəcək.
Sənəddə qeyd edilib ki, qlobal iqlim dəyişməsi nəticəsində dünya okeanlarında suyun səviyyəsi qalxacaq, qasırğa və tufan olacaq. Bu isə yaşayış yerlərinin su altında qalması ilə nəticələnəcək.
Su basma halları daha çox Hindistanın Kəlküttə və Mumbay, ABŞ-ın Mayami şəhərlərində müşahidə olunacaq. 

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az