Özbəkistanda 12 yaşlı bir qız öz qardaşından uşaq doğub.Məlumatda deyilir ki, hadisə Xorezm vilayətinin Qurlan rayonunun Gülüstan kəndində baş verib.Qız ötən ilin mayında 11 yaşı olanda öz qardaşından hamilə qalıb. Bacısının namusuna toxunan 19 yaşlı oğlanın artıq tutulduğu deyilir. 12 yaşlı qız isə Qurlan rayon xəstəxanasında sağlam qız uşağı dünyaya gətirib.Xorezm vilayətinin daxili işlər idarəsinin əməkdaşı deyib ki, qız qardaşından hamilə olduğunu etiraf edib.“19 yaşlı oğlan Qurlan kollecində oxuyur. Onun özündən başqa daha bir qardaşı var. Uşaqların atası fermada adi bir fəhlədir. Anaları işləmir. Valideynləri bu olayı gizlətməyə çalışır. Oğlan artıq tutulub. Onun təqsiri sübut olunsa,15-20 il arası həbs cəzası alacaq”, - deyə Xorezm vilayətinin daxili işlər idarəsindən bildiriblər.Bu hadisədən sonra 34 saylı məktəbin direktoru, onun müavini və psixoloq işdən qovulub. 6-cı sinifin rəhbəri haqda da ölçü götürülüb.Qeyd edək ki, bu olay Xorezm vilayətində ilk deyil. Ötən il yanvar ayının 20-də Şovot rayonunun Burakçi kəndində yaşayan 13 yaşlı qız doğma qardaşından uşaq dünyaya gətirib. Məhkəmə həmin oğlan haqda artıq qərar çıxarıb, ancaq o qərarın nədən ibarət olduğu haqda xəbər verilmir.(“Azadlıq radiosu”)
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR