Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu idarə heyətinin üzvlərilə görüşüb. Şuradan “Vətəninfo”ya verilən məlumata görə, idarə heyətinə Şərqi və Qərbi Avropa, eləcə də postsovet ölkələri vətəndaş cəmiyyətlərinin aparıcı QHT nümayəndələri daxildir. Görüşdə 10-dək ölkənin QHT təmsilçisi iştirak edib. A.Quliyev qonqlara ölkə QHT-lərinin ümumi inkişaf istiqamətləri, Şuranın formalaşması və fəaliyyət prinsipləri haqqında ətraflı məlumat verərək bildirib ki, artıq beşinci ildir Şura ölkə QHT-lərinin institusional inkişafına hərtərəfli dəstək verir, keçirdiyi maliyyə yardımı müsabiqələrində isə indiyədək 1394 təşkilata 11,5 mln ABŞ dolları həcmində vəsait ayırıb. Qonaqlar AVRONEST Parlament Assambleyasının Azərbaycanda keçən sessiyasındakı səmərəli müzakirələrdən məmnun qaldıqlarını və tədbirin bütövlükdə Azərbaycan və üzv ölkələr üçün vacib əhəmiyyət daşıdığını deyiblər. Görüşdə Polşa, İsveç, Ukrayna, Belarus, Gürcüstan və başqa ölkələrin təmsilçiləri çıxış edərək, QHT sektorundakı çətinliklərlə bağlı məsələlərin hökumətlə müzakirəsində Şuranın daha böyük fəallıq göstərməsinin vacibliyini qeyd ediblər.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR