20 ölkənin birgə hərbi manevri başlayır-Şimalın göy gurultusu

20 ölkənin birgə hərbi manevri başlayır-Şimalın göy gurultusu
Səudiyyə Ərəbistanına "Ra'du'ş Şimal” (Şimalın göy gurultusu) adlı hərbi manevrlərdə iştirak edəcək 20 ərəb və İslam ölkəsinin hərbi birlikləri toplaşır.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinə istinadən verilən məlumata görə, bu manevrlər "bölgə tarixinin ən böyük hərbi manevri” adlandırılıb.

Manevrlərin keçirilməsinə səbəb kimi Səudiyyə Ərəbistanı və digər ölkələrin bölgədə sülh və sabitliyi qorumaq, ortaya çıxan problemləri birgə həll etmək mesajı vermələri göstərilib. /APA/

Hərbi manevrlərə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Bəhreyn, Seneqal, Sudan, Küveyt, Maldiv, Mərakeş, Pakistan, Çad, Tunis, Komor, Cibuti, Umman Sultanlığı, Qətər, Misir, Mavritaniya, Mauritius və digərləri qoşulacaq.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az