Hava haqqında

Hava haqqında
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında
oktyabrın 6-da
yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-26, Bakıda gecə 16-18, gündüz 23-25 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gün ərzində isə havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacaq.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az