Bakıda qardaşa tapança çəkib bacısını aparmaq istədilər

Bakıda qardaşa tapança çəkib bacısını aparmaq istədilər
 
Bakıda silahlı hücum olub.

APA-nın məlumatına görə, hadisə Azadlıq prospekti 28 ünvanında qeydə alınıb. Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Mövsüm İlham oğlu Rəhimov özünə məxsus "Lada kalena” markalı, 10 UM 279 dövlət nömrə nişanlı maşında bacısı, 1988-ci il təvəllüdlü Vüsalə Rəhimova ilə birlikdə olarkən "Lexus” markalı avtomobillə onlara yaxınlaşan naməlum şəxs tapança çıxararaq onları hədələyib və Vüsaləni özü ilə aparmaq istəyib. Səs-küy yarandığı üçün məqsədinə nail ola bilməyən həmin şəxs ərazini tərk edib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az