Bakıda marşrut avtobusu ağır qəza törətdi: ÖLƏN VAR
Daxili İşlər Nazirliyi Sabunçuda marşrut avtobusunun törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.Miq.Az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 27-də saat 6 radələrində Sabunçu qəsəbəsi ərazisində Gədəbəy rayon sakini Əflatun Cəfərov idarə etdiyi "İsuzi” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şıxməmməd Yadigarovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Miq.Az