2019-cu ilədək dünyada 212 milyon insan işini itirəcək.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının son hesabatında bildirilir. Hazırda isə 201 milyon insanın işsiz olduğu qeyd edilir.
Hesabata əsasən, 2008-ci ildə başlanan qlobal iqtisadi böhran səbəbi ilə 61 milyon adam işsiz qalıb. Bu göstəricinin 21-ci əsrin ilk onilliyində daha da yüksələcəyi proqnozlaşdırılır.
Beynəlxalq Əmək Təşkilatı işsizlik və qeyri-bərabərliyin bir çox icmalar üçün fəlakətə çevrilə biləcəyi barədə xəbərdarlıq edir. Qurum bildirir ki, işsizlik 15-lə 24 yaş arasında gənlərin etirazlarına yola aça bilər. Belə ki, onların daha yaşlı nəsillə müqayisədə 3 dəfə işsiz qalma ehtimalı mövcuddur.
2014-cü ildə gənclər arasında işsizlik 13 faiz təşkil edib.
Beynəlxalq Əmək Təşkilatının baş araşdırmaçısı Reymond Torresin dediyinə görə, əmək bazarları ilə sosial iğtişaşlar arasındakı əlaqəni inkar etmək olmaz.
“Araşdırmalar göstərib ki, qeyri-bərabərlik yüksək olan ölkələrdə iqtisadi dirçəliş daha aşağı qeyri-bərabərlik yaşanan ölkələrlə müqayisədə daha çətin olur”, - Torres əlavə edib.
Hesabatda deyilir ki, ABŞ və Yaponiya kimi ölkələrdə işsizlik səviyyəsinin azalmasına baxmayaraq, əsasən Avropa olmaqla bir sıra inkişaf etmiş ölkələrdə işsizlik göstəriciləri hələ də yüksək olaraq qalır.
İşsizlik vəziyyəti Afrika, Ərəb regionu, Latın Amerikası və Karib hövzəsi ölkələrində getdikcə pisləşir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR