ABŞ prezidenti Cavad Zəriflə görüşmək istəmədiyini bildirib

ABŞ prezidenti Cavad Zəriflə görüşmək istəmədiyini bildirib
ABŞ prezidenti Donald Trump güclü bir İran görmək istədiyini və Tehranda hakimiyyət dəyişikliyinin niyyətində olmadığını qeyd edərək bununla belə iranlıların sövq edildiyi yaşayışın yolverilməz olduğunu söyləyib.

APA-nın "Reuters”ə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Biarritzdə keçirilən G7 sammiti şərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronun İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifi danışıqlar üçün dəvət etməsinə təəcüblənmədiyini bildirib.
Donald Tramp Cavad Zəriflə görüşmək istəmədiyini deyib: "Hələlik tezdir”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az