Əhməd Şahidov Avropada İslam dini və müsəlmanlar haqqında formalaşmış fikrin yalnış olduğunu diqqətə çatdırıb
2-3 İyul tarixlərində Avstriyanın paytaxtı Vyana şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi “Din və inanc azadlığı” adlı beynəlxalq konfransda ATƏT coğrafiyasında din və inanc azadlığı, konfessiyalar arası dialoq məsələləri müzakirə edilib.
Tədbirdə iştirak edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov müqəddəs Ramazan ayında bütün dünyada sülh və qardaşlığın bərqərar olmasına çağırıb və dinlərarası dialoqun zəruriliyini qeyd edib. Avropada İslam dini və müsəlmanlar barədə yanlış fikrin formalaşdırıldığını diqqətə çatdıran hüquq müdafiəçisi Əhməd Şahidov Myanmarda və Çində günahsız müsəlmanlara və türklərə qarşı həyata keçirilən soyqırım və qətllərə biganə qalmamağa çağırıb və bu məsələnin də müzakirə edilməsini təklif edib.
Sonda Azərbaycanın tolerantlıq təcrübəsi barədə danışan ADİHİ rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında məlumat verib və Azərbaycanda konfessiyalar arası dialoqun yaradılmasında bu mərkəzin işini yüksək qiymətləndirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL