Azərbaycanda azyaşlı uşaqları üçün aliment ala bilməyən qadınlara kömək məqsədilə dövlət tərəfindən yeni fond yaradıla bilər. Belə bir təkliflə millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında çıxış edib.
Deputatın fikrincə, 2012-ci ilin sonunda alimentdən imtina edən ataların cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı qanun dəyişikliyi problemin həllinə köklü kömək edə bilməyib.
“Bu məsələ daha çox rayonlarda, kəndlərdə özünü qabarıq şəkildə göstərir. Aliment ala bilməyən analar çətin vəziyyətdə qalırlar. Adamların qeyri-rəsmi qazancı olsa da, rəsmi işləmədiyini bəhanə gətirərək, aliment ödəməkdən boyun qaçırırlar. Belə analar azyaşlı uşaqları ilə çox pis vəziyyətdə qalırlar”.
Bu cür problemlərdə qadınlara kömək məqsədilə Q.Paşayeva Aliment Fondu yaradılmasını təklif etdi. Belə fond alimenti özü ödəyir, amma əvəzində atadan həmin vəsaiti ala bilir. Hətta işi olmadığını bəhanə gətirənləri işə düzəldir. Belədə analar məhkəmə qapılarında qalmır, işləri yüngülləşir.
Spiker Oqtay Əsədov isə belə bir təkliflə razılaşmayıb. Bildirib ki, belə fond yaratmaqla problemləri daha da artırmaq olar. O.Əsədovun fikrincə bu halda aliment verməyənlərin sayı daha da artmış olar. Spiker bu məsələnin həlli üçün digər vasitələr düşünməyə çağırıb. Hətta çıxış yollarından birini də səsləndirərək, qeyd edib ki, bəzi ölkələrdə alimenti əmlaka yönəldirlər.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR