Cümə günü namazdan sonra Almaniyanın Bremen şəhərindəki məscidə polis basqın edib.
Vətəninfo.az-ın məlumatına görə, 100-ə yaxın polisin iştirak etdiyi əməliyyat zamanı saxlanılan olmasa da, Məscid-i-Furqan Mədəniyyət və Ailə Dərnəyinə aid məscidin fəaliyyəti dayandırılıb.
Məlumata görə, dərnəyin fəaliyytinin qadağan edilməsinə dair qərar Bremen daxili işlər senatoru Ulriç Maurer tərəfindən verilib. Səbəb kimi isə məsciddə İŞİD-in təbliğatının aparıldığı və oxunan xütbələrdə Cihada çağırışların olduğu göstərilib.
Rəsmi məlumatlara görə, dərnək üzvləri arasından bu günədək Suriya və İraqda İŞİD və Əl-Nusra terror təşkilatına 8 kişi, 7 qadın və 11 uşaq göndərilib.
Qeyd edək ki, bu gündək Almaniyadan Suriya və İraqda İŞİD-in tərkibində döyüşmək üçün 550 adam gedib. Onlardan 180 nəfri geri dönüb. Digərlərinin taleyi isə hələlik məlum deyil.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR