Amerika bu ölkəyə 200 desant çıxartdı – YENİ MÜHARİBƏ BAŞLAYIR

Amerika bu ölkəyə 200 desant çıxartdı – YENİ MÜHARİBƏ BAŞLAYIR
İŞİD-in mərkəzi olan Rakka şəhərinin azad olunması üçün əməliyyat hazırlanır.

Miq.az Publika.az-a istinadən  xəbər verir ki, əksəriyyəti PYD-nin silahlı qanadı YPG əsgərlərinin təşkil etdiyi Suriya Demokratik Gücləri ötən aydan etibarən Rakkanı mühasirəyə alıb.

Şəhərin mühasirəsinə ABŞ və Fransa əsgərləri də dəstək verir. Hazırda bölgədə Amerikanın 300 əsgəri var.

Məlumata görə, ABŞ bölgəyə əlavə 200 əsgər də göndərib. Müdafiə naziri Eş Karter göndərilən əsgərlərin Rakka əməliyyatında iştirak edəcək güclərə təlim keçəcəyini açıqlayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az