Rəşidə Dati : “Çoxmədəniyyətliliyi müzakirə etmək təqdirəlayiqdir”
“Azərbaycanlı zabit Ramil Səfərov ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur”. Bu barədə dünən Milli Məclisdə keçirdiyi mətbuat konfransında Avropa Parlamentinin üzvü, Paris şəhərinin 7-ci ərazisinin meri Rəşidə Dati deyib. O qeyd edib ki, Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnamə əslində bəyannamə, bəyanat xarakteri daşıyır: “Bununla bağlı çox danışıb şişirmək də lazım deyil. Avropa Parlamenti üzv dövlətlərlə, o cümlədən Fransa ilə bağlı da tənqidi qətnamə qəbul edir. Amma bu, heç nəyi dəyişmir, çünki hüquqi əsası yoxdur”.
“Bakıda keçirilən II Bakı Beynəlxalq Humanitar Forumda dünyanın müxtəlif ölkələrindən mütəxəssislərin dəvət olunması və onların xüsusən də çoxmədəniyyətliliyi müzakirə etməsi təqdirəlayiqdir”. Bunu da R. Dati Milli Məclisdə keçirdiyi mətbuat konfransında bildirib . Onun qeyd etdiyinə görə, bu forum iştirakçı dövlətlər üçün də bir fürsətdir. “Mənim birbaşa aidiyyəti olduğum çoxmədəniyyətlilik forum çərçivəsində geniş müzakirə olundu. Azərbaycan Prezidenti İlham Əliyevin bu sahədə böyük təcrübəsi var və iştirakçı ölkələrin nümayəndələri bu praktikadan böyük məmnuniyyətlə, yararlanırlar”-deyə,o, sözlərinə əlavə edib.
KAMİL
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR