"Xocalı aeroportunun açılması məsələsində ATƏT-in Minsk qrupunun həmsədrləri utancverici mövqe tuturlar”. APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib.
A. Əzimov bu məsələ ilə bağlı Minsk qrupuna ciddi irad tutub: “Onlar anlamalıdırlar ki, Ermənistan bu cür təhrikçi addımı atsa, böyük böhran yarana bilər. Minsk qrupu bilməlidir ki, Azərbaycan bu qeyri-qanuni aktı heç vaxt bağışlamayacaq və susmayacaq”.
Nazir müavininin fikrincə, həmsədrlər bir çox halda lazım olan prinsipiallığı göstərməyiblər.
Ermənistanın danışıqlar prosesindən qaçmasının prezident seçkiləri ilə bağlılığı barədə sualı cavablandıran A. Əzimov bildirib ki, seçkilər hər 5 ildən bir keçirilir, odur ki, Ermənistanın bu addımını seçkilərlə izah etmək olmaz: “Məsələ ondadır ki, Ermənistan rəhbərliyi məsələnin həllində, ümumiyyətlə, maraqlı deyil”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR