"Vətəninfo.az"ın verdiyi xəbərə görə, Beynəlxalq Diaspor Mərkəzinin (BDM) dəvətilə Azərbaycanda səfərdə olan ASİM-DER başqanı Göksel Gülbey bu gün Sumqayıt şəhərini ziyarət etmişdir
O, burada Azərbaycan Müharibə Veteranları Birliyinin (AMVB) Sumqayıt Təşkilatının fəalları ilə görüşmüşdür. Görüşdə Türkiyəli qonaq, birliyin Sumqayıt Təşkilatının sədri Mübariz Quliyev, BDM sədri İsmayıl Ağayev və eyni zamanda Türkiyəli qonaq öz çıxışlarında əsasən ASALA və PKK terror təşkilatlarının bu günə qədər həyata keçirdikləri cinayətlərdən danışaraq bu istiqamətdə dünya ictimaiyyətinin daha yaxından məlumatlandırılması üçün türk və Azərbaycan diaspor təşkilatlarının fəaliyyətlərinin daha da artırılmasının vacibliyini vurğulamışlar. Həmçinin görüşdə qərara alındı ki, Azərbaycanın müharibə veteranları ilə Türkiyədə fəaliyyət göstərən Qazilər Qurumları arasında sıx əməkdaşlıq fəaliyyəti qurulsun. Daha sonra ASİM-DER başqanı Göksel Gülbey tərəfindən erməni qətliamlarının dünya ictimaiyyətinə çatdırılmasında ortaq fəaliyyətlərə vermiş olduğu dəstəyə görə BDM sədri İsmayıl Ağayev, AMVB-nin Sumqayıt Təşkilatının sədri Mübariz Quliyev, BDM-in aparat rəhbəri Samir Adıgözəlli, BDM-in Rusiya təmsilçisi Ələmdar Nəbiyev və araşdırmaçı-jurnalist Elnur Eltürkə təşəkkür plaketi təqdim etmişdir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR