Sentyabrın 28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası öz işinə başlayıb.
Sessiyada Assambleya Bürosunun və daimi komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada miqrasiya böhranına siyasi və humanitar reaksiyalar, tranzit ölkələrdə çətinliklər, ictimai sağlamlığın və xəstələrin qorunmasına əczaçılıq sənayesinin təsiri, ATƏT-in fəaliyyəti və digər mövzularda fikir mübadiləsi aparılacaq. Həmçinin Avropada miqrantlara sığınacaq verilməsi ilə bağlı Nizamnaməyə yenidən baxılacaq.
Lüksemburqun Böyük Hersoqu Anri, Serbiyanın Baş naziri Aleksandr Vuçiç, Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Denis Zvizdiç sessiyada çıxış edəcəklər.
Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat payız sessiyasında iştirak edir.
Sessiyada deputat Rafael Hüseynovun "Dini azadlıq və demokratik cəmiyyətdə birgə yaşama” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL