Ata ilə oğlun mübahisəsi - Xəstəxanalıq oldu

Ata ilə oğlun mübahisəsi - Xəstəxanalıq oldu
Daşkəsəndə ata ilə oğulun davası hər ikisini xəstəxanalıq edib.
Miq.az  Kəpəz TV-yə istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına iki yaralı gətirilib. Yaralıların ata ilə oğul olduğu ortaya çıxıb. Xəstəxanadan verilən məlumata görə, Daşkəsən rayon Bayan kənd sakini 60 yaşlı Tariyel Abbasovla oğlu 29 yaşlı Nuru Bayramov arasında mübahisə davaya çevrilib. Onlar bir-birlərinə xəsarətlər yetiriblər. Tariyel Abbasova bədənin müxtəlif nahiyələrinin əzilmiş yaraları, gəncə isə gicgah nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hər iki şəxsə tibb yardım göstərilib, vəziyyətləri normal qiymətləndirilir.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az