Atası azərbaycanlı olan general Ağacanyan seçkilərdə Paşinyanı dəstəkləyir…

Atası azərbaycanlı olan general Ağacanyan seçkilərdə Paşinyanı dəstəkləyir…

Bazar günü- iyunun 20-də Ermənistanda keçiriləcək seçkilərdən öncə bir çox başqaları kimi, Azərbaycan Respublikasının Yuxarı Qarabağ torpaqlarının  Rusiya hərbçilərinin nəzarətində qalan hissəsində faktiki fəaliyyət göstərən separatçı-terrorçu rejim tör-töküntüsünün başçısı Arayik Arutyunyan da mümkün hakimiyyət dəyişikliyindən qorunmaq üçün addımlar atır.
 
Moderator.az xəbər verir ki, qəsbkar Ermənistanın "Qraparak” nəşrinin yazdığına görə, erməni müşahidəçilər Araikin 3 hissəyə "bölündüyünü", daha doğrusu, çevrəsinin üç cəbhəyə ayrıldığını söyləyir. 
 
Araik həmin cəbhələrdən birinə Robert Köçəryanın rəhbərlik etdiyi "Hayastan" blokuna, digərinə - Serj Sarkisyan və Vanetsyanın "Şərəf duyuram" blokuna dəstək verməyi tapşırıb. Üçüncü cəbhədəkilər isə Nikol Paşinyan və hazırkı hökumətin qələbəsi üçün çalışırlar. Qarabağdakı separatçı kriminal xuntanın qanunsuz "milli təhlükəsizlik xidməti”nin keçmiş direktoru  general-mayor Kamo Ağacanyan paşinyançılar qanadında xüsusilə fəaldır.
 
Xatırladaq ki, bir müddət öncə K.Ağacanyan Ermənistandakı bəzi siyasi dairələrin Azərbaycana işləməkdə, konkret olaraq 44 günlük savaşdan öncə öz "KaMaz”larıyla  Hadrutdan Şuşaya Azərbaycan ordusu üçün meşə yolu açmaqda suçlanıb. 
 
 2016-cı ildən bəri apardığımız araşdırma nəticəsində generalın atasının azərbaycanlı olması haqda məlumat II Qarabağ müharibəsindən sonra tam təsdiqini tapıb…
 
Sultan Laçın  
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az