"ATƏT DTİHB və Parlament Assambleyasının Azərbaycandakı seçki prosesindən özünü təcrid etməsi onların parlament seçkiləri ilə bağlı hər hansı münasibət bildirməsini istisna edir”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin Daimi Şuranın 1075 saylı iclasında 1 noyabr parlament seçkiləri ilə bağlı bəyanatında deyilir. Bəyanatda bildirilir ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq, ATƏT/ DTİHB Azərbaycanla bu sahədə əməkdaşlıqdan imtina edib: "Faktiki olaraq, biz ATƏT-in belə imkanı əldən verdiyini düşünürük. DTİHB direktorunun öz mandatını pozması ilə bağlı Azərbaycan hökuməti və rəhbərliyinin mövqeyi aydındır. Son iki ayda bununla bağlı ATƏT-in Daimi Şurası ilə əlaqə yaratmağa çalışdıq. DTİHB-nu inandırmağa çalışdıq ki, Azərbaycana müşahidəçi göndərməmək qərarı mənfi presedent yaradacaq. Təəssüf ki, DTİHB bizim çağırışlarımıza cavab vermədi və bu seçkilərdə Azərbaycanla əməkdaşlıqdan imtina etdi. DTİHB tərəfindən belə yanaşma mövcud vəziyyət aradan qaldırılmadan adıçəkilən institutla əməkdaşlıq perspektivlərini əhəmiyyətli dərəcədə zəiflədir”.
Bəyanatda, həmçinin o da vurğulanır ki, AŞPA, MDB, Türkdilli ölkələrin Parlament Assambleyalarının müşahidə missiyalarının hesabatları Azərbaycanda seçkilərin azad, ədalətli və demokratik keçirildiyini deməyə əsas verir.
Sonda Azərbaycanın ATƏT institutları və ATƏT, habelə Avropa İttifaqına üzv dövlətlərlə əməkdaşlığı davam etdirməyə hazır olduğu diqqətə çatdırılır.
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”