Avropa İnsan Hüquqları Məhkəməsinin Məhkəmə qərarlarının icrası şöbəsinin rəhbəri Özgur Dermanı və sektor müdiri İrene Kitsou Milonas Ombudsan Aparatında olublar. Ombudsman Aparatından “Vətəninfo”ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova qonaqları maraqlandıran məsələlər barədə danışıb, geniş fikir müadiləsi aparılıb. Müvəkkil qonaqlara Ombudsmanın mandatı, insan hüquqlarının müdafiəsi üzrə fəaliyyətinin əsas istiqamətləri, gördüyü işlər haqqında ətraflı məlumat verib. Ö.Dermanın Avropa Məhkəməsinin qərarlarının Azərbaycanda tətbiqində Ombudsmanın rolu ilə bağlı sualına cavab olaraq qeyd edilib ki, Müvəkkil fəaliyyətində beynəlxalq sənədlərin müddəaları ilə yanaşı, Avropa Məhkəməsinin ölkəmizlə bağlı qərarlarının həyata keçirilməsinə diqqət yetirir. Müvəkkil Diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflə çıxış etdiyini, sözügedən məsələ üzrə müddəanın Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında öz əksini tapdığını diqqətə çatdırıb.
Əli
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR