“Biz bütün ölkələrlə bərabərlik prinsipləri əsasında münasibət qurmaq istəyirik”.
Avropa İttifaqı Riqada baş tutacaq “Şərq tərəfdaşlığı” sammitində Gürcüstan, Ukrayna və Moldovaya assosiasiya barədə müqavilənin həyata keçirilməsini dəstəkləyə bilər.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri, “Şərq tərəfdaşlığı” məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfir Yuris Poykans bildirib.
Onun sözlərinə görə, Ermənistan, Azərbaycan və Belarusa dair əməkdaşlıq barədə xüsusi təkliflər hazırlanacaq.
Bunlar əsasən Belarus sakinləri üçün viza xərclərinin ucuzlaşdırılmasına (indiki 60 avrodan – 35 avroya qədər) aid olacaq.
Poykans əlavə edib ki, sammitdə “Şərq tərəfdaşlığı”nın qarşıdakı iki il üçün əsas siyasi istiqamətlərinin müəyyənləşəcək deklarasiyasının imzalanması planlaşdırılır.
“Bizim – Ukrayna, Moldova və Gürcüstan ilə assosiasiya barədə üç müqaviləmiz var. Vizasız rejimə Gürcüstan və Ukrayna can atırlar. Riqa sammitində onların əldə edəcəklərindən biri, Aİ tərəfindən bu müqavilələrin həyata keçirilməsində dəstək görmələridir. Eyni zamanda Ermənistan, Azərbaycan və Belarusa xüsusi təklif ediləcək. Biz bütün ölkələrlə bərabərlik prinsipləri əsasında münasibət qurmaq istəyirik”, o deyib və əlavə edib ki, sammit zamanı Ermənistan və Aİ arasında yeni müqavilə hazırlana bilər.
Bundan başqa, onun sözlərinə görə, gələcək əməkdaşlıq haqqında təklif Azərbaycandan gözlənilir, Belarus ilə bağlı da müəyyən irəliləyiş əldə edilib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?