AXCP Ehtimad Qurultayı Təşkilat Komitəsi yeni-yeni uğurlara imza atmağa davam edir.
Bu gün komitənin rəsmi internet səhifəsi - "www.axcp.biz ” öz fəaliyyətinə başlayıb. Sayt yeni olduğundan üzərində təkmilləşşdirmə işləri davam etdiriləcək. İnternet səhifəsində AXCP-nin yaradıldığı gündən bu günə olan tarixinə analitik baxış, AXC, KAXCP, BAXCP, Böyük Quruluş, Yurd və digər məsələlər haqqında geniş məlumatlar yer alır. Həmçinin təşkilatın ümumi prinsiplər layihə formasında qoyulub və qurultayda təsdiq olunacaq. Yaxınlarda sayt daha da zənginləçəcək və ingilis dili versiyası da istifadəyə veriləcək. Saytın adı isə simvolik məna daşıyır. "Biz” domeni əslində AXCP-nin fədakar cəphəçilərdən ibarət AXCP EQTK-ya məxsus olduğunu simvolizə edir.
Qeyd edək ki, bu günə kimi AXCP-nin aktiv rəsmi internet səhifəsi olmamışdı.
Bundan başqa "www.axcp.biz " -lə eyni gündə "Cümhuriyət” qəzetinin də veb səhifəsi - "www.cumhuriyyet.biz " öz işinə start verib. Saytda qəzetin çap varinatında dərc olunan müxtəlif sahələrdən bəhs edən araşdırma, müsahibə, təhlil, reportaj və müəllif yazıları yanaşı, gündəlik informasiyalar da yerləşdiriləcək.
Vüsal Qarayev
AXCP EQTK-nın mətbuat katibi
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL