ABŞ səfirinin heç bir sosial bazası olmayan və cəmiyyət tərəfindən qəbul edilməyən, eləcə də Azərbaycan cəmiyyəti və dövləti üçün hər hansı bir faydalı iş görməyən, ona layiq olmayan insanlarla görüşü vaxt itkisindən başqa bir şey deyil. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ABŞ-ın Azərbaycandakı səfirinin müxalifət partiyalarının rəhbərləri ilə keçirdiyi gizli görüşün mahiyyətini şərh edərkən deyib. Onun sözlərinə görə, Azərbaycan demokratik bir dövlətdir və demokratik inkişaf yolunu öz təməl prinsipləri kimi qarşısına əsas məqsəd qoyub: “Xarici ölkə səfirliyinin siyasi partiyalarla, onun təmsilçiləri ilə görüşü qəbul olunan haldır. Bununla belə Amerika da (ABŞ) demokratik dövlətdir. Amma bu görüşlərdə ölkənin daxili işlərinə qarışmaq və orada gedən siyasi proseslərə müdaxilə etmək birbaşa Azərbaycan xalqının iradəsinin əksinə getmək deməkdir. Buradan belə bir sual ortaya çıxır, bəs, nə üçün? Çünki ölkədəki bütün siyasi proseslər və bütövlükdə bütün seçkilər xalqın, əhalinin və konkret olaraq vətəndaşların iradəsi ilə həll olunur. Ölkə vətəndaşları öz iradəsini ortaya qoyur və özünün inkişaf yolunu müəyyənləşdirir”. A.Hüseynov bildirib ki, müxalifət öz dayaqlarını hər zaman ölkədən kənarda tapmağa çalışıb: “Müxalifət dairələrinin iyirmi il siyasətdə olmasına baxmayaraq hələ də ölkədə daxilində özlərinə dayaq tapa bilmirlər”.
Firudin
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?