Prezident deyib ki, Azərbaycana gələn qonaqlar ölkəmizi tərifləyir, buradakı inkişafdan məmunluğunu bildirir. Lakin şikayətlənirlər ki, gəlmək çox çətindir. Çünki gərək haradasa bir ay əvvəl viza almaq üçün müraciət edəsən. Təyyarə biletlərinin qiymətinin bahalığı isə digər ciddi səbəbdir.
İlham Əliyev AZAL-ın fəaliyyətini tənqid edərək deyib ki, doğrudur, şirkətin göstərdiyi xidmətlər yüksək səviyyədədir və bunu AZAL-ın reysləri ilə uçanlar təsdiq edir.
"Lakin biletlər niyə baha olmalıdır? Biz ki yanacağı xaricdən almırıq, özümüz istehsal edirik. Kerosin başqa ölkələrlə müqayisədə nisbətən ucuz verilir. AZAL dövlət büdcəsindən hər il böyük həcmdə subsidiyalar alır. Bütün təyyarələr dövlət vəsaiti hesabına alınıb, bütün aeroportlar, infrastruktur dövlət vəsaitləri ilə tikilib. O zaman biletlər niyə baha olmalıdır?” - deyə prezident sual edib.
İlham Əliyev bu problemin aradan qaldırılması üçün göstəriş verib.