20 yanvar şəhidlərinə biz təkcə ona görə borclu deyilik ki, onlar öz ölümlərilə Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoydular, onun vazkeçilməz olduğunu bütün dünyaya sübut etdilər.
Veteninfo.az xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib: "Biz həm də ona görə onlara borcluyuq ki, məhz şəhidlərimiz 20 yanvar qəhrəmanlıq səlnaməsini yaratmaqla millətin öz hədəfləri və istiqlalı uğrunda səfərbər olmasına, bütün siyasi fikir ayrılığı və umu-küsünü bir yana qoyub vahid bir amal uğrunda yumruq kimi birləşməsinə və bir sözlə millətin şərəfinin və heysiyyatının qorunmasına nail oldular. Bu möhtəşəm birlik, nizam-intizam və həmrəylik düz 23 ildir ki, heç pozulmadan, azalmadan və usanmadan təkrar olunur və əminəm ki, bu milli ruh əbədiyyətə qədər davam edəcək.
Budur 20 yanvar şəhidliyinin əsl mənası və şəhidlərin əsl dəyəri.
Belə millətlə qürur duymağa dəyər.
Allah, 20 yanvar şəhidlərinə rəhmət etsin və ruhları şad olsun!!!"
Veteninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR