Azərbaycan dövlət nömrə nişanlı avtomobil Türkiyədə qəza törətdi

Azərbaycan dövlət nömrə nişanlı avtomobil Türkiyədə qəza törətdi
İstanbuldan Samsun istiqamətinə gedən Azərbaycan dövlət nömrə nişanlı avtomobil dəhşətli qəza törədib.
Vətəninfo.az-ın məlumatına görə, Azvision.az türk mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı Bülənt İgid idarə etdiyi Azərbaycan dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq dirəyə çırpılıb.  
Qəzada 3-ü uşaq olmaqla 5 nəfər yaralanıb. Onlardan biri azyaşlıdır.
Qəza nəticəsində sürücü ilə birlikdə ailə üzvləri Züleyxa İgid, övladları Berfin İgid, Berrak İgid, və Zilal İgid yaralanıb. Yaralılar hadisə yerinə gələn Təcili Tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az