“Azərbaycan İrəvan da daxil olmaqla, öz tarixi torpaqlarına qayıdacaq, buna əmin ola bilərsiniz”
“Münaqişələrin tezliklə həll olunması üçün səylərimizi birləşdirməli, ərazi bütövlüyü və suverenliyə hörmət əsasında mehriban qonşuluq münasibətlərini saxlamalıyıq”.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova ATƏT PA-nın növbəti sessiyası çərçivəsində keçirilən müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, artıq münaqişələrin həlli prosesində danışıqlar üçün rəsmi dəstək və ya “həllinə ümid etmək kimi” ifadələr çərçivəsindən çıxmaq lazımdır: “Biz münaqişə zonalarında “status-kvo”nun qəbuledilməzliyi ilə bağlı praktiki addımlar atmalıyıq. ATƏT və onun Parlament Assambleyası nə qədər ki, gec deyil hərəkət etməlidir. Münaqişələr nəticəsində öz evlərindən didərgin düşmüş milyonlarla insanın əzabının davam etməməsi üçün təcili addımlar atılmalıdır”.
B. Muradova həmçinin Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyanın Azərbaycan prezidentinin İrəvanı və Zəngəzur mahalını da geri qaytaracağı ilə bağlı dediklərinə etirazına cavab verib: “Sizə isə cənab Geqamyan təşəkkür edirəm ki, bunu qeyd etdiniz. Azərbaycan İrəvan daxil olmaqla, həqiqətən öz tarixi torpaqlarına qayıdacaq. Buna əmin ola bilərsiniz”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL