Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi – TƏCİLİ

Azərbaycan Ordusu Zəngəzur istiqamətində irəlilədi – TƏCİLİ

Azərbaycan Ordusu Zəngəzur (Sünik) istiqamətində irəliləyib.

Miq.Az xəbər verir ki, bu barədə erməni mediasında yayılan məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Ermənistan MN-dən bildirilib ki, Azərbaycan Ordusunun sərhədlərin dəqiqləşdirilməsi çərçivəsində bir istiqamətdə irəlilədiyi müəyyənləşib. Ancaq Azərbaycan Ordusunun irəlilədikləri yerdə mühəndis işlərinin görməsinə etiraz edilib və hazırda situasiyanın nizamlanması üçün müzakirələr gedir.

Ermənistan MN İşxanasar istiqamətində döyüş getdiyi barədə erməni mediasında yayılan məlumatı təkzib edib və sərhəddə heç bir gərginlik olmadığını bildirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az