Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstana gedir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Gürcüstana gedir

Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev sabah Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

Kərim Vəliyev səfər çərçivəsində Gürcüstan Müdafiə Nazirliyinin rəsmiləri ilə görüşlər keçirəcək.

Məlumata görə, səfər çərçivəsində Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində müzakirələr aparılacaq. (APA)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az