Lord Kilkluni Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağın bir milyona yaxın məcburi köçkün düşmüş azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi. Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yurd-yuvalarından didərgin salanlar. "DQR” rejiminin "başçısı” B.Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır. "Chatham House”un qondarma rejimin "başçısı”nı tədbirə dəvət etməsi bu institutun statusuna xələl gətirir və ona layiq olmadığı legitimlik səviyyəsini qazandırır.
"BMT Təhlükəsizlik Şurasının Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və artıq onlara əməl olunmasının vaxtı çatıb”, – deyə Lord Kilkluni vurğulayıb.
Böyük Britaniya parlamentinin üzvü Stefan Hepbörn də Lord Kilkluninin fikirlərini bölüşüb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın "Chatham House” İnstitutuna dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur.
Stefan Hepbörn deyib: "B.Saakyan Böyük Britaniyada istənilmir və mən
"Chatham House” dan xahiş edirəm ki, onu tədbirə dəvət etmək barədə
yenidən düşünsün”. AZƏRTAC
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA