Azərbaycanda bir ay əvvəl toyu olan gənc qəzada öldü- FOTO

Azərbaycanda bir ay əvvəl toyu olan gənc qəzada öldü- FOTO

27 yaşlı gəncin maşını dəmir arakəsməyə çırpılıb

Bakı-Sumqayıt şosesində ölümlə nəticələnən yol qəzası baş verib. Miq.Az-ın "report"a istinadla verdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xırdalan şəhərində 1990-ci il təvəllüdlü Məmmədov Sahil Əfsər oğlu idarə etdiyi 90-EH-176 dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirilb. Nəticədə dəmir arakəsməyə çırpılan avtomobil aşıb. Sürücü S.Məmmədov ölüb, onun sərnişini 1990-cı il təvəllüdlü Əliyev Aydın İlqar oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, xəsarət alan sərnişin A.Əliyev ölən sürücünün qaynıdır. Qəza nəticəsində ölən S.Məmmədov 1 ay öncə ailə qurubmuş. O, evin tək övladı olub.

Faktla bağlı araşdırma aparılır. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az