Azərbaycanda dəhşət - Ata 6 yaşlı oğlunu öldürdü
Azərbaycanda ata azyaşlı oğlunu döyərək öldürdü
Polis hadisə yerində araşdırma aparır
Ağstafada ata 6 yaşlı oğlunu döyərək öldürüb.
Hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyev döyülərək bədən xəsarətləri alması barədə təcili tibbi yardım stansiyasına çağırış daxil olub.
Əraziyə gedən həkim briqadası 6 yaşlı uşağın taxta ilə döyülərək öldürüldüyünü görüblər. /apa/
Anası və nənəsi uşağın atası tərəfindən döyülərək öldürlüdüyünü bildiriblər. Dərhal Polis Şöbəsinə məlumat verilib.
Hazırda hüquq mühafizə orqanlarınən əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Miq.az