Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Azərbaycanda dəhşətli yol qəzası: ölənlər var

Azərbaycanda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Miq.az lent.az-a istinadən bildirir ki, Qaraməryəm-İsmayıllı-Oğuz yolunun 104-cü kilometrliyində "VAZ 2101" markalı, 48 BA 676 dövlət qeydiyyat nişanlı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Nəticədə avtomobili idarə edən 1939-cu il təvəllüdlü Həmidzadə Namiq Zahid oğlu və sərnişini, 1961-ci ildə anadan olmuş Əsgərova Bənövşə Nəriman qızı hadisə yerində vəfat edib.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az