Azərbaycanda ər qısqanclıq səbəbindən arvadını doğradı

Azərbaycanda ər qısqanclıq səbəbindən arvadını doğradı

Hadisəni törədən şəxs tutulub

Qəbələ rayonunda qətl hadisəsi törədilib. Miq.Az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Böyük Pirəli kəndində qeydə alınıb. Kənd sakini, 1982-ci il təvəllüdlü Ağababayev Vasif Akif oğlu ailə münaqişəsi zəmnində aralarında baş verən dava zamanı həyat yoldaşı, 1985-ci il təvəllüdlü Ağababayeva Afət Həsənağa qızını bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alan Afət Ağababayeva hadisə yerində dünyasını dəyişib. Rayon sakinlərinin sözlərinə görə, hadisə qısqanclıq səbəbindən baş verib.
 
Hadisəni törədən şəxs tutulub. Faktla bağlı Qəbələ rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az