Ukrayna Daxili İşlər Nazirliyinin Kiyev vilayəti üzrə maddi-texniki təchizat və resurs təminatı üzrə idarəsinin rəisi, vilayət milisinin rəis müavini vəzifəsinə azərbaycanlı təyin olunub.
Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu, milis polkovniki Qarayev Elbrus Qələndər oğludur.
E. Qarayev APA-ya açıqlamasında 1968-ci ildə Azərbaycanın Tovuz rayonunun Qaraxanlı kəndində anadan olduğunu deyib: “1986-88-ci illərdə sovet ordusunun Kiyevdə yerləşən hərbi hissəsində xidmət keçdikdən sonra burada İnşaat Mühəndisləri İnstitutunu, daha sonra isə Ukrayna Milis Akademiyasını bitirmişəm. Uzun müddət “Berkut” xüsusi təyinatlı milis dəstəsində, sonra mühafizə milisində rəhbər vəzifələrdə çalışmışam. Hazırkı vəzifəm vilayət milis rəisinin müavini səviyyəsində olsa da, birbaşa idarəmizin tabe olduğu nazirliyin baş idarə rəisinə məruzə edirəm. Vəzifəm Kiyev vilayəti üzrə bütün milis orqanlarının maddi-texniki təchizatını əhatə edir”.
Kiyev vilayətinin milis rəisinin milliyətcə erməni (polkovnik-leytenant Vadim Troyan) olmasına münasibət bildirən E. Qarayev qeyd edib ki, onunla münasibətlərində heç bir problem yoxdur: “Heç onun erməni olması yada düşmür”.
Azərbaycanlı polkovnik Ukraynadakı Azərbaycan diasporu ilə sıx əlaqəsi olduğunu da əlavə edib.
Xatırladaq ki, Ukraynanın daxili işlər naziri Arsen Avakov da miliyyətcə ermənidir
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR