Türkiyənin Kahramanmaraş şəhərində yaşayan zərgər Ahmet Atakanın dediyinə görə, 350 min lirəyə satışa çıxardığı qızıl qadın köynəyinə maraq böyükdür. 400 min kiçik detaldan ibarət olan köynək 22 əyarlı qızıldan hazırlanıb və 3 kq ağırlıqdadır.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, A.Atakanın dediyinə görə, artıq 18 qızıl köynək satıb.
“Alıcılarımızın arasında Türkiyədən olanlar az deyil. Amma 2 azərbaycanlı milyonçu da köynəklərdən alıb. Moskvaya və Qətərə də satışlarımız var. Əslində, 8 köynək satmaq niyyətimiz vardı. Tələbat çox olduğundan, əlavə 10 köynək də hazırladıq”, - A.Atakan deyib.
Onun sözlərinə görə, hər köynəyi 15 usta zərgər 2 həftəyə ərsəyə gətirir.
Müştərilər arasında köynəyin “islama uyğun variant”ını istəyənlə yanaşı, çimərlik variantını sifariş verən də olub.
A.Atakan müştərilərinin ad və soyadlarını açıqlamaqdan imtina edib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR