Bacısını ÖLDÜRƏN QARDAŞIN məhkəməsi başlayıb - FOTOLAR

Bacısını ÖLDÜRƏN QARDAŞIN məhkəməsi başlayıb - FOTOLAR

Bacısını öldürən Nərimanov sakininin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Emin Çobanovun (1994-cü il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib. 

Bu il mayın 26-da Nərimanov rayonu, Faiq Yusifov küçəsi, 36 mənzil 42 ünvanında yaşayan Emin Çobanov səhər saat 9 radələrində mətbəx otağında münaqişə zəminində bacısı Rübabəyə (1986-cı il təv.) məişət-təsərrüfat təyinatlı bıçaqla üç zərbə vurmaqla, onu qətlə yetirib. Zərərçəkən kəskin qanitirmədən hadisə hadisə yerində keçinib. Hadisədən sonra Emin Nərimanov RPİ 17-ci polis bölməsinin əməkdaşlarına təslim olub və bıçağı onlara təqdim edib. Araşdırma zamanı məlum olub ki, gözdən əlil olan valideynləri digər otağda olublar.  

Dindirilmə zamanı E.Çobanov bildirib ki, bacısı səhər işə getməyə hazırlaşırdı, yaranan səs yatan Eminə pis təsir etdiyi üçün, o Rübabəyə irad tutub. Öz növbəsində bacısı ona cavab qaytarıb. Buna görə aralarında mübahisə başlayıb. Rübabə müqavimət göstərdiyi üçün ilk iki zərbə əllərinə deyib, üçüncü zərbə isə ölümünə səbəb olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə baxışı noyabrın 23-ə təyin edilib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az