Bakı metrosunda problem yarandı
Bu gün səhər saatlarında Bakı metrosunda problem yaranıb.
Vətəninfo.az-ın Publika.az-a istinadla verdiyi məlumata görə, metronun "Elmlər
Akademiyası” stansiyasında qatar 19 dəqiqə gecikib. Bakı
Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumatı
təsdiq edib.
Onun
sözlərinə görə 34 saylı xətt üzrə hərəkət edən qatarda yaranmış
nasazlığa görə, sərnişinlər "20 Yanvar” stansiyasında düşürülüb.
"Qatar
depoya yola salındığından "Elmlər Akademiyası"nda dayanmayıb. Ona görə
də sərnişinlər gecikmə olduğunu düşünüb”, - Paşayev əlavə edib.
N.Paşayev hazırda problem olmadığını və bayram günləri ilə əlaədar
metroda sıxlıq yaşanmadığını da bildirib.